06 Dekabr 2025, 11:13
Dekabrın 6-sı saat 11:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 6-sı saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 (aylıq normanın 64%-i), Lerikdə 2, Qusarda 1 mm-dir.
Şərur, Sədərək, Şəmkir, Qobustan, Sabirabad, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.