Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

02 Dekabr 2025, 13:35

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti dekabrın 2-si axşamdan 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Naftalan, Goranboy, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Qobustanda qısamüddətli qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.