18 Sentyabr 2021, 11:25

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz
40-45 %olacaq.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 5-10° isti, gündüz
13-18° isti olacaq.