13 Noyabr 2025, 18:34
XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.