05 Noyabr 2025, 10:30
Noyabrın 5-i saat 10:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin noyabrin 5-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterli intensivdir.
Düşən yağıntının miqdarı Neftçalada 17, Bakıda və Abşeron yarımadasında 16, Cəlilabadda 9, Lerikdə 7, Biləsuvarda 6, Şirvan, Yardımlı, Lənkaran, Astara, Xaçmaz, Qobustanda 2, Daşkəsən, İmişli, Altıağac, Şamaxı, İsmayıllı, Şəmkir, Kürdəmir, Sabirabadda 1 mm-dək qeydə alınır.
Sumqayıt, Daşkəsən, Şəmkir, Naftalan, Şamaxı, Qobustan, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.