30 Oktyabr 2025, 09:15
Oktyabrın 30-u saat 9:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensivdir.
Yüksək dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Qrızda (Quba) 10, Şahdağ və Xınalıqda (Quba) 8, Laza (Qusar) və Kəlbəcərdə 3 sm-dir.
Düşən yağıntının miqdarı Qusarda 20, Ağstafa, Qubada 19, Yevlaxda 7, Şəki, Qax, Qəbələ, Xızı, Daşkəsəndə 6, Qobustan, Oğuz, Gədəbəy, Ağdam, Xaçmaz, Şahbuzda 5, Goranboy, Göygöl, Tərtər, Şərurda 4, Sabirabad, Bərdə, Şabran, Şamaxı, İsmayıllı, Sədərəkdə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Balakən, Göyçay, Beyləqan, İmişli, Zaqatala, Naftalan, Culfa, Naxçıvan, Ordubad, Şəmkir, Tovuz, Mingəçevir, Zərdab, Kürdəmir, Biləsuvar, Astara, Gəncə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Füzulidə 2 mm-dək qeydə alınır.
Hazırda əksər yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 28, Goranboyda 27, Naftalanda 24, Tərtərdə 23, Şəki, Tovuz, Neftçala, Gəncədə 20, Culfa, Ağdam, Bərdədə 18, Zəngilan, Kəlbəcərdə 17, Qobustan, Şəmkirdə 16, Zərdabda 15 m/s-dək güclənir.
Sumqayıt, Quba, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvarda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin oktyabrın 30-u axşamadək davam edəcəyi, 31-də hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.