29 Oktyabr 2025, 19:01
Oktyabrın 29-u saat 19:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 29-u saat 19:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Goranboyda 27, Naftalanda 24, Tovuz və Gəncədə 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 19, Şəki və Bərdədə 18, Zəngilan və Kəlbəcərdə 17, Şəmkirdə 16 m/s-dək güclənir.
Zaqatala, Balakən, Gədəbəy, Xaçmaz, Qubada arabir yağış yağır.