Oktyabrın 7-si saat 10:00-a olan faktiki hava

07 Oktyabr 2025, 10:50

Oktyabrın 7-si saat 10:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 7-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 6-da bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Xızıda 20, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.