Sentyabrın 30-u saat 20:00-a olan faktiki hava

30 Sentyabr 2025, 20:25

Sentyabrın 30-u saat 20:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 30-u saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 22 m/s-yə çatır.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qusar, Kişçay (Şəki), Şabran, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır.

Daşkəsən, Qax (Sarıbaş), Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR 21, Aran rayonlarında 20, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınır.