09 Sentyabr 2021, 12:37

Sentyabrın 10-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti olacaq.Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % , gündüz 45-50 %olacaq.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.