
13 Sentyabr 2025, 14:15
XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də arabir yağış yağacağı gözlənilir. Əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.
Küləkli hava şəraitinin sentyabrın 14-ü də davam edəcəyi gözlənilir.