
06 Sentyabr 2025, 20:09
XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən rayonlarda sentyabrın 8-i gündüzədək yağıntılı hava şəraitinin davam edəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.