23 Avqust 2025, 12:25

Avqustun 24-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24, gündüz 29-34 dərəcə isti olacaq.Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.