
19 Avqust 2025, 12:57
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Bərdə, Yevlax, Mingəçevir, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Xızı, Altıağac, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.