05 Sentyabr 2021, 12:34

Sentyabrın 06-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-31° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında: Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz
15-20° isti olacaq.