Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

19 İyul 2025, 14:33

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti iyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Naxçıvan MR, Kəlbəcər, Zəngilan, Beyləqan, Füzuli, İmişli, Ağstafa, Qazax, Gəncə, Tovuz, Göygöl, Şəmkir, Samux, Daşkəsən, Gədəbəy, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Yevlax, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Zərdab, Sabirabad, Hacıqabul, Salyan, Saatlı, Neftçala, Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı, Qobustan, Xızı, Quba, Xaçmaz, Şabran, Siyəzən, Qusarda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.