18 İyul 2025, 12:24

İyulun 19-da gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.