09 Dekabr 2020, 15:00
Dekabrın 09-da gözlənilən hava şəraiti
Dekabrın 09-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Dekabrın 09-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 şaxta olacaq.