Çaylarda müşahidə olunan faktiki vəziyyət

17 İyun 2025, 09:20

Çaylarda müşahidə olunan faktiki vəziyyət

Avtomat hidroloji stansiyaların iyunun 17-si saat 9:00-a olan məlumatına əsasən Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçayda 10 sm, Tutqunçayda 9 sm, Quruçayda 11 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 3 sm, Təngərüdçayda isə 2 sm artım qeydə alınıb.
 
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 sm artıb, su sərfi 332 m3/san olmaqla normanın 56%-ni, Qanıx-Cəlayir məntəqəsində isə 20 sm artıb, su sərfi 199 m3/san olmaqla normanın 118%-ni təşkil edir.