Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

13 İyun 2025, 16:20

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti iyunun 14-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik və Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.