26 Avqust 2021, 12:38
Avqustun 27-də gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-26° isti, gündüz 34-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.