
10 May 2025, 10:00
Çaylarda müşahidə olunan faktiki vəziyyət
Avtomat hidroloji stansiyaların mayın 10-u saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Böyük Qafqaz ərazisindən axan Qusarçayda 5 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçayda 9 sm, Kür çayının aşağı axınında Kür-Surrada 2 sm, Kür-Salyanda 70 sm, Kür-Şirvanda 44 sm, Kür-Bankədə isə 10 sm artım qeydə alınıb.