Hava şəraitinin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq

27 Aprel 2025, 17:08

Hava şəraitinin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.