
26 Mart 2025, 18:40
XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında martın 27-si gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.