08 Avqust 2021, 11:39
Avqustun 09-da gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi 5-10 m/s, arabir 12-14 m/s.
Havanın temperaturu gündüz 34-38° isti, axşam 28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 25-30° isti olacaq.