
10 Mart 2025, 21:15
Martın 10-u saat 21:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin martın 10-u saat 21:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qusar, Zərdab, Hacıqabul, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur və görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Ölkə ərazisində dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.