![Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib](https://meteo.az/frq-content/plugins/announce_x1/entry/20250213164659_63781000.jpeg)
13 Fevral 2025, 16:46
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti fevralın 14-ü gündüz bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Astara, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.