![Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq](https://meteo.az/frq-content/plugins/announce_x1/entry/20250212131908_00093500.jpg)
12 Fevral 2025, 12:57
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.
Fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var.
Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.
Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.