22 Yanvar 2025, 12:35

Yanvarın 23-nə gözlənilən hava şəraiti

Bakıda və  Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə  və səhər  bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 774 mm  civə sütunundan 769 mm civə sütununa enəcək.  
Nisbi rütubət 70-80 % olacaq. 
 
 
Azərbaycanın rayonlarında  hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi,  dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim şərq küləyi  bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.