02 Dekabr 2020, 15:00

Dekabrın 02-də gözlənilən hava şəraiti

Dekabrın 02-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir.Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.


Dekabrın 02-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir.Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə
0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.