06 Yanvar 2025, 12:30
Yanvarın 7-də gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,gündüz bəzi yerlərdə çiskin, axşam isə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət isə 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12 ° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.