28 İyul 2021, 11:07
Gözlənilən hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
İyulun 28-i şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcəyi , intensiv yağışlarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimal olunur.
Qeyd: Yağıntılı, küləkli hava şəraiti iyulun 29-u səhər saatlarınadək davam edəcək.