29 Dekabr 2024, 12:51

Dekabrın 30-da gözlənilən hava şəraiti

Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət isə 70-80 % olacaq.
 
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz, lakin bəzi  şərq rayonlarında  arabir yağıntılı olacağı gözlənilir. Dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə arabir duman olacağı ehtimal olunur. Mülayim qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta,  gündüz 0-5° isti olacaq.