15 Dekabr 2024, 12:07

Dekabrın 16-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmusuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 0-5° şaxta olacaq.