18 İyul 2021, 11:50

İyulun 19-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. 

Cənub küləyi əsəcək

Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-25° isti, gündüz 35-37° isti olacaq.  Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 60-65 % , gündüz 40-45 % olacaq.


Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.
 
 
Bayram günlərində hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38 °, 20-21-də bəzi yerlərdə 40°, Respublikanın rayonlarında 35-40 ° isti, 20-22-də isə bəzi aran rayonlarında 42-44°-dək yüksələcəyi gözlənilir.