![HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT](https://meteo.az/frq-content/plugins/announce_x1/entry/20241014151746_14838700.png)
14 Oktyabr 2024, 16:13
HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT
Azərbaycanın rayonlarında
Oktyabrın 16-sı gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.