02 Oktyabr 2024, 17:08
Oktyabrın 2-si saat 17:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin saat 17:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Qazax, Ağstafa, Şəmkir, Goranboy, Bərdə, Şəki, Şamaxı, Altıağac, Qəbələ, Quba, Qrız, Xaltan, Tərtər, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Ceyrançöl, Cəfərxan, Biləsuvar, Astara, Şahdağda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Naftalanda arabir 16 m/s-yə çatıb.
Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 26, Aran rayonlarında 25, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.