07 İyul 2021, 13:30

İyulun 08-də gözlənilən hava şəraiti

İyulun 08-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir . Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. 

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti, Bakıda gecə 23-25 isti, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. 
Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.


İyulun 08-də Azərbaycanın rayonlarında: bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26 isti, gündüz 31-36 isti, dağlarda gecə 13-18 isti, gündüz 20-25 dərəcə isti olacaq.