06 İyul 2021, 13:10
İyunun 07-də gözlənilən hava şəraiti
İyulun 07-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26 isti, gündüz 31-35 isti, Bakıda gecə 24-26 isti, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65 , gündüz 40-45 faiz olacaq.
İyulun 07-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26 isti, gündüz 34-39 isti, dağlarda gecə 14-19 isti, gündüz 22-27 dərəcə isti olacaq.