05 İyul 2021, 13:10
İyulun 06-da gözlənilən hava şəraiti
İyulun 06-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26 isti, gündüz 31-34 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 , gündüz 35-40 faiz olacaq.
İyulun 06-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin
gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26 isti, gündüz 35-39 isti, dağlarda gecə 14-19 isti, gündüz 22-27 dərəcə isti olacaq.
Havanın temperaturu gecə 22-26 isti, gündüz 35-39 isti, dağlarda gecə 14-19 isti, gündüz 22-27 dərəcə isti olacaq.