14 Sentyabr 2024, 16:53
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sentyabrın 15-17-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Ordubad, Gəncə, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Şabran, Xaçmaz, Siyəzəndə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.