02 İyul 2021, 13:05
İyulun 03-də gözlənilən hava şəraiti
İyulun 03-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.
Havanın temperaturu gecə 21-25 isti, gündüz 32-36 isti, Bakıda gecə 23-25 isti, gündüz 33-35 isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
İyulun 03-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27 isti, gündüz 35-40 isti, dağlarda gecə 15-20 isti, gündüz 22-27 dərəcə isti olacaq.