Sentyabrın 5-i saat 9:00-a olan faktiki hava

05 Sentyabr 2024, 09:02

Sentyabrın 5-i saat 9:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.