01 İyul 2021, 13:05
İyulun 02-də gözlənilən hava şəraiti
İyulun 02-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25 isti, gündüz 31-36 isti, Bakıda gecə 23-25 isti, gündüz 34-36 isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz olacaq.
İyulun 02-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 isti, gündüz 34-39 isti, dağlarda gecə 14-19 isti, gündüz 23-28 dərəcə isti olacaq.