30 İyun 2021, 13:05
İyulun 01-də gözlənilən hava şəraiti
İyulun 01-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 21-25 isti, gündüz 29-34 isti olacaq. Bakıda gecə 22-24 isti, gündüz 31-33 isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 , gündüz 40-45 faiz olacaq.
İyulun 01-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26 isti, gündüz 33-38 isti, dağlarda gecə 13-18 isti, gündüz 20-25 dərəcə isti olacaq.