24 İyun 2021, 13:05
İyunun 25-də gözlənilən hava şəraiti
İyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-26 isti, gündüz 34-39, bəzi yerlərdə 41 isti, Bakıda gecə 24-26 isti, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 , gündüz 35-40 faiz olacaq.
İyunun 25-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, bəzi yerlərdə 43 isti, dağlarda gecə 15-20 isti, gündüz 28-33 dərəcə isti olacaq.