Avqustun 1-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi

01 Avqust 2024, 16:50

Avqustun 1-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi

Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Gəncə-Qazax
(Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Gəncə, Tovuz, Şəmkirdə kiçik, Tərtər, Ağdamda orta, Ağstafa, Naftalan, isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Balakən-Şəki
(Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Şəki, Sarıbaş, Zaqatala, Qəbələ, Oğuz, Balakəndə kiçik yanğın təhlükəsi növünə çatmışdır.

Quba-Xaçmaz
(Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Şahdağ, Xızıda kiçik, Qubada orta, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Dağlıq Şirvan
(İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Lənkəran-Astara
(Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Yardımlı, Astara, Lənkəranda kiçik yanğın təhlükəsi növünə çatmışdır.

Qeyd:
Avqustun 2-də bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda, leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.