23 İyun 2021, 13:05

İyunun 24-də gözlənilən hava şəraiti

İyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26 isti, gündüz 34-39 isti, bəzi yerlərdə 41 dərəcə isti, Bakıda gecə 23-25 isti, gündüz 38-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz olacaq.

İyunun 24-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, bəzi yerlərdə 42 isti, dağlarda gecə 15-20 isti, gündüz 27-32 dərəcə isti olacaq.