01 Avqust 2024, 16:30
KÜLƏKLƏ BAĞLI SARI XƏBƏRDARLIQ
Avqustun 2-3-də qısa müddətə bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Sarı xəbərdarlığa uyğun olaraq Culfa, Ordubad, Şabran, Xaçmaz, Qobustan, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Şirvan, Neftçala, Salyan, Biləsuvar, Cəlilabadda qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.