21 İyun 2021, 13:05

İyunun 22-də gözlənilən hava şəraiti

İyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 20-25 isti, gündüz 34-39 isti, Bakıda gecə 22-24 isti, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 , gündüz 35-40 faiz olacaq.

İyunun 22-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25 isti, gündüz 36-41 isti, dağlarda gecə 13-18 isti, gündüz 26-31 dərəcə isti olacaq.